Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

14:22 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qafqaz Müsəlmanları İdarəsinin sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:08 20.08.2018

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə həmvətənlərimizi təbrik edib.

Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Təbrikdə deyilir: “Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, səylərimiz və qurbanlarımızın Allah dərgahında qəbul olunmasını diləyirik.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Peyğəmbərimiz Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlərboyu insanlar arasında ülfət, qardaşlıq və mehribanlığın yaranmasına, onların həmrəyliyinə, mənəvi saflaşmasına, imanlarının kamilləşməsinə xidmət edir.

İslami dəyərlərə önəm verən dövlətimizin yaratdığı şərait sayəsində bizə bu mübarək bayramı yüksək səviyyədə qeyd etmək səadəti nəsib olub. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində ibadət və dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhuna Allahdan rəhmət diləyir, onun layiqli yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmlətmək, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza böyük qayıdışımız yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.

Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımiz Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.

Valideynlər, doğmalarla yanaşı, qaçqın, köçkün, kimsəsiz, ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq, maddi və mənəvi cəhətdən yardımlaşmaq Allaha xoş gedən savab əməllərdəndir.

Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirik. Qoy həmvətənlərimizin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Müsəlman ümmətinin ən böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala ibadət, qurban və dualarımızı qəbul etsin! Allah Vətənimizi hifz etsin! Amin!”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM