20 Avqust 2018 10:08
107
CƏMİYYƏT
A- A+

Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay və İsmayıllıda keçirilməsi nəzərdə tutulur.

Avqustun 21-dən 23-dək keçiriləcək yarmarkalarda, ümumilikdə, 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstandan gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:

 

Bakı şəhəri üzrə

 

Nərimanov rayonu

1. Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)

2. Əliyar Əliyev küçəsi, 36a (“Təbriz” KM, Keşlə bazarı)

3. Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)

 

Suraxanı rayonu

1. Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı

2. Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi

 

Binəqədi rayonu

1. Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)

2. Biləcəri qəsəbəsi, Xocasən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer)

3. Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)

4. Cəfər Xəndan küçəsi, 54, “Oazis” restoranının yanı (“Ət pavilyonu” adlanan ərazi)

 

Xətai rayonu

1. Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)

 

Yasamal rayonu

1. Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7

2. Xiyabani küçəsi, 10c

3. Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti

 

Nizami rayonu

1. Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi

2. Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi

 

Səbail rayonu

1. 20-ci sahə (Badamdar şosesi)

2. Bayıl bazarı, Gülbala Əliyev küçəsi

 

Xəzər rayonu

1. Qala-Pirallahı yolu, “Lambir“ müəssisənin arxası

 

Qaradağ rayonu

1. Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi)

2. “Aqrovest” MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)

3. “Qoç-ət” MMC, Lökbatan qəsəbəsi

 

Sabunçu rayonu

1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı

2. Sabunçu qəsəbəsi, şəhər şosesi, döngə 6, “Sabunçu” mərasim evinin yanı

3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı

4. Zabrat qəsəbəsi, “Azmeat” MMC

5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi

6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı

7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

8. Maştağa qəsəbəsi “Kanal” marketin yanı

9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi

10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107

11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24, keçmiş “Sərhan” marketin yanı

 

Bölgələr üzrə

Gəncə şəhəri

1. Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı

 

Neftçala rayonu

1. Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi

2. Xili qəsəbəsi

3. Bankə qəsəbəsi

4. Həsənabad qəsəbəsi

 

Şamaxı rayonu

1. Şamaxı şəhər stadionun yanı

 

Göyçay rayonu

1. Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)

İsmayıllı rayonu

1. “Yaşıl market”

 

Lənkəran şəhəri

1. Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz

 

Ağdaş rayonu

1. Zeynəddin kəndi, mal bazarı

 

Quba rayonu

1. Heydər Əliyev prospekti, “Ət bazarı” adlanan ərazi

 

Şirvan rayonu

1. 18 №-li məktəbin həyəti

2. 16№-li məktəbin həyəti

 

Şəki şəhəri

1. Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video