Alternative content

01:56 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Taliban” lideri Əfqanıstan hökumətinin atəşkəs təklifini qəbul etməyib
“Taliban” lideri Əfqanıstan hökumətinin atəşkəs təklifini qəbul etməyib
ANA SƏHİFƏ / DÜNYA
10:08 20.08.2018

“Taliban” hərəkatının lideri Heybətulla Axundzadə Əfqanıstan hökumətinin üç ay müddətinə atəşkəs barədə təklifini rədd edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi bildirib. O, həmçinin Axundzadənin atəşkəslə razılaşmamaq və hökumətlə mübarizəni davam etdirmək niyyətində olduğunu deyib.

Xatırladaq ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni avqustun 19-da “Taliban” hərəkatı ilə üç ay müddətinə müvəqqəti atəşkəs elan edib. Prezidentin sözlərinə görə, atəşkəs yalnız taliblər buna qarşılıqlı cavab verəcəyi təqdirdə tətbiq olunacaq.