Alternative content

07:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İtaliya qaçqınları Liviyaya qaytarmaqla hədələyir
İtaliya qaçqınları Liviyaya qaytarmaqla hədələyir
ANA SƏHİFƏ / DÜNYA
08:08 20.08.2018

 

İtaliyanın daxili işlər naziri Mateo Salvini bildirmişdir ki, Avropa İttifaqı ölkəyə konkret kömək təklif etməsə, Roma “Diciotti” gəmisi ilə xilas edilmiş 177 qaçqının hamısını geriyə, Liviyaya göndərəcək. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Xatırladaq ki, ötən cümə axşamı “Diciotti” İtaliya limanına yanaşmış, amma Salvini gəmi heyətinin limana çıxmasını qadağan etmişdir, çünki gələnləri Malta qəbul etməli idi. Malta hakimiyyət orqanları inkar etmir ki, səlahiyyətlərin bölüşdürülməsi qaydasına uyğun olaraq, miqrantlar Valletta limanına gəlməli idilər. Amma Malta tərəfi iddia edir ki, qaçqınlar adaya çıxmaqdan imtina edib İtaliyaya getməyi üstün tutmuşlar.

Maltanın belə bir bəyanatı İtaliyanın infrastruktur naziri Danil Toninellini hiddətləndirmişdir. Nazir qeyd etmişdir ki, Roma bu hərəkətinə görə Maltaya qarşı sanksiyalar tətbiq etmək hüququna malikdir. O əlavə etmişdir ki, bütün ölkələr limanlarını qaçqınların üzünə açmasa, onda Aİ-nin mövcudluğunun heç bir mənası olmayacaq.