20 Avqust 2018 08:08
105
DÜNYA
A- A+

İraq Ali Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədi

 

İraqda keçirilmiş parlament seçkilərindən üç ay sonra ölkənin Ali Məhkəməsi səsvermənin nəticələrini tanımışdır. Hakimlər səslərin yenidən sayılmasının yekunlarını nəzərdən keçirərək seçkilərin nəticələrini təsdiq etmişlər.

Belə bir qərar hökuməti təşkil etmək üçün zəruri şərtdir. Bu ilin mayında keçirilmiş seçkilərdən sonra səsvermənin nəticələrinin saxtalaşdırılması ittihamı ilə Nazirlər Kabinetinin yaradılması prosesi dayandırılmışdı.

Lakin səslərin yenidən sayılması deputat mandatlarının bölüşdürülməsində ciddi dəyişikliyə gətirib çıxarmamışdı. Nüfuzlu şiə din xadimi Müqtəda Sədrin başçılıq etdiyi “Sairun” seçki siyahısı deputat yerlərinin əksəriyyətini əldə etmişdir. Onun ardınca Hadi Amirinin bloku və ölkənin hazırkı Baş naziri Heydər İbadinin “Hüquqi dövlət” partiyası gəlir.

Hazırda şiə partiyaları parlamentdə vahid blok yaratmaq üçün danışıqlar aparır. Gələcəkdə yeni blok Baş nazir vəzifəsinə namizədliyini irəli sürə bilər. Ehtimala görə, İbadi vəzifəsini qoruyub saxlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video