Alternative content

08:40 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Taliblər Əfqanıstanda üç avtobusun sərnişinlərini oğurladılar
Taliblər Əfqanıstanda üç avtobusun sərnişinlərini oğurladılar
ANA SƏHİFƏ / DÜNYA
08:08 20.08.2018

 

“Taliban” radikal hərəkatının silahlıları Əfqanıstanın şimalında, Kunduz əyalətində üç avtobusun sərnişinlərini oğurlamışlar. Bu barədə 1TV telekanalı xəbər verir.

Telekanalın məlumatına görə, “Taliban” silahlıları Kunduz əyalətində Təxardan Kabilə gedən üç avtobusu saxlayıb sərnişinləri girov götürmüşlər. Sərnişinləri xilas etmək üçün bölgəyə qoşun göndərilmişdir. Hazırda intensiv döyüşlər gedir.

Oğurlanmış adamların sayı dəqiqləşdirilmir. Öz növbəsində “Toro News” telekanalı sərnişin daşımaları ilə əlaqəli olan həmkarlar ittifaqının nümayəndəsinə istinadən xəbər verir ki, hadisə baş verərkən avtobuslarda təxminən 170 sərnişin olmuşdur.

Kunduz əyalətinin təhlükəsizlik qüvvələrinin nümayəndəsi Səfiulla Mahzon məlumat vermişdir ki, silahlılar oğurladıqları sərnişinləri Nikpe kəndinə aparmışlar. Bir qədər sonra təhlükəsizlik qüvvələri kəndə daxil olmuşdur. Sərnişinləri azad etmək üçün hərbi əməliyyat keçirilir.

Qeyd edək ki, srağagün Əfqanıstan Prezidenti Əşrəf Qani “Taliban”la üçaylıq barışıq elan etmiş və hərəkatı analoji addım atmağa çağırmışdır.