20 Avqust 2018 08:08
110
DÜNYA
A- A+

Yunanıstana beynəlxalq maliyyə yardımı proqramı başa çatdı

 

Dünən Yunanıstana maliyyə yardımının üçüncü mərhələsi başa çatmışdır. Avroqrupun başçısı Mario Çentero bildirmişdir ki, Yunanıstan 2010-cu ildən bəri ilk dəfə olaraq islahatlar və iqtisadi qənaət sayəsində sabitliyə nail olmuşdur. Bundan sonra hökumət müstəqil şəkildə kapital bazarlarından vəsait cəlb etmək niyyətindədir.   

Çentero qeyd etmişdir ki, Yunanıstanda həyata keçirilmiş islahatlar sağlam və daimi iqtisadi artımın əsasını qoymağa imkan vermişdir. O əlavə etmişdir ki, proses “gözlədiyimizdən xeyli çox vaxt aparmışdır”. Bununla belə, hazırda yunan iqtisadiyyatı artır, büdcə və ticarətdə artıq maliyyə vəsaiti yaranır, həmçinin işsizliyin səviyyəsi aşağı düşür.

Öz növbəsində Yunanıstanın sabiq maliyyə naziri Yanis Varufakis Almaniyanın “Bild” qəzetinə müsahibəsində ölkəsində yaranmış vəziyyəti sərt tənqid etmişdir. Onun fikrincə, Yunanıstan irəli getməmiş, “əvvəlki nöqtədə, həmin qara dəlikdə qalmışdır”. Varufakis əlavə etmişdir ki, kreditorların tələbləri sərmayə qoyuluşuna və istehlaka mane olur. Üstəlik, Yunanıstanın dövlət borcu azalmayıb, əksinə, artıb.  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video