Alternative content

07:52 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMW Macarıstanda zavod tikəcək
BMW Macarıstanda zavod tikəcək
ANA SƏHİFƏ / DÜNYA
05:08 20.08.2018

Almaniyanın avtomobil istehsalçısı – BMW şirkəti Macarıstanın şərqində yerləşən Debretsen şəhərində dəyəri 1 milyard avrodan çox olan zavod tikməyə hazırlaşır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto bəyan edib. Zavodun istehsal gücü ildə 150 min adi avtomobil və elektromobil istehsal etməyə imkan verəcək.

AZƏRTAC xəbər verir ki, BMW ərazisi 400 hektar olan torpaq sahəsi üçün məsuliyyəti öz üzərinə götürür. Cari ilin ikinci yarısında bu ərazidə zavod tikiləcək. Macarıstanın MTİ informasiya agentliyinin verdiyi məlumata görə, nazir bildirib ki, Avropanın digər şəhərləri arasında 14 ay davam etmiş danışıqlardan sonra BMW məhz Debretsen şəhərini seçib.

Nazir qeyd edib ki, Macarıstan mühəndis elmləri və informasiya texnologiyaları sahəsində bir sıra üstünlüklərə malikdir – vergilərin aşağı olması, çevik əmək normaları, peşə təhsili sistemi (şagirdlik variantı) və yüksək keyfiyyətli təlim.

BMW-nin press-relizində Debretsen şəhəri “istehsal şəbəkəsinin genişləndirilməsi üçün ideal yer” kimi təsvir edilib. Debretsenin əsas üstünlükləri bu şəhərin münasib infrastrukturu, logistika əlaqələri, təchizatçılar şəbəkəsinə yaxın yerləşməsi və ixtisaslı yerli işçi qüvvəsinin mövcud olmasıdır.

Macarıstandakı təchizatçılar ilə çoxdan bəri yaxşı münasibətlər qurmuş şirkət keçən il bu ölkədən 1,4 milyard avro məbləğində materiallar və xidmətlər aldığını bildirir.

Peter Siyyarto vurğulayıb ki, Macarıstan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın perspektivləri əsla şübhə doğurmur. Macarıstanda fəaliyyət göstərən 6 minə yaxın alman şirkəti bu ölkədə təxminən 300.000 macar vətəndaşını işlə təmin edir.

Debretsen şəhərinin meri Laslo Papp qeyd edib ki, BMW-nin bu şəhəri seçmək qərarı onun iqtisadi inkişaf strategiyasını təsdiqləyir. Mer daha sonra bildirib ki, investisiyalar Debretsenin gələcəyi konsepsiyasının yenidən dərk olunmasını, təhsilin inkişafı məsələlərinə xüsusi əhəmiyyət verilməsini tələb edir.

İndex.hu portalında qeyd edilir ki, yeni zavod Macarıstanın avtomobil sənayesindən asılılığını daha da artıracaq. Bu sektor Macarıstan sənayesinin ən mühüm sahəsidir, 2018-ci ildə sənaye istehsalının 27 faizindən çoxu bu sektorun payına düşür.

2017-ci ildə Keçkemet şəhərindəki “Mercedes-Benz”, Döp şəhərindəki “Audi”, Esterqomdakı “Suzuki” və Sentqottharddakı “Opel” zavodlarında ümumilikdə 472.000 avtomobil yığılıb. Bu, 2017-ci ildə Aİ məkanında istehsal edilmiş 19 milyon avtomobilin təxminən 2,5 faizini təşkil edir.

Hazırda 14 ölkədə BMW-nin 30 istehsal bölməsi vardır. Onlardan 16-sı Avropada, o cümlədən 5-i Almaniyada və 3-ü Böyük Britaniyadadır. Avropa hüdudlarından kənarda isə BMW-nin ABŞ-da 2, Latın Amerikasında 2 və Asiyada 3 zavodu var.