Alternative content

18:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya səfiri: Noyabrın əvvəllərində Gəncədə millətlərarası əməkdaşlıq forumu gözlənilir
Rusiya səfiri: Noyabrın əvvəllərində Gəncədə millətlərarası əməkdaşlıq forumu gözlənilir
ANA SƏHİFƏ / SİYASƏT
05:08 20.08.2018

Noyabrın əvvəllərində Gəncədə millətlərarası əməkdaşlıq forumu gözlənilir. Bu, biznes dairələrinin, nazirliklərin nümayəndələrinin, Rusiya və Azərbaycanın rəsmi şəxslərinin iştirakı ilə mühüm görüş olacaq. Forum ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti stimula çevriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirilən mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, ilin sonunadək, həmçinin iqtisadiyyat və iqtisadi inkişaf nazirliklərinin rəhbərlərinin həmsədr olduqları hökumətlərarası komissiyanın iclası keçirilməlidir. “Bu məsələlər ilin sonunadək mənim fəaliyyətimin birinci mərhələsini əhatə edir”, - deyə M.Boçarnikov bildirib.