20 Avqust 2018 05:08
101
CƏMİYYƏT
A- A+

Yevlaxda təlim kurslarını başa vurmuş mexanizatorlara sertifikatlar verilib

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümayəndəliyindəki təlim-tədris mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynları idarə edəcək mexanizatorlar üçün keçirilən təlim kursları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə avqustun 20-də təlim-tədris mərkəzində tədbir keçirilib.

“Aqrolizinq” ASC-nin kadrların idarə edilməsi şöbəsinin müdiri Fərahim Əkbərov bildirib ki, sentyabr ayında pambıq becərilmiş 19 rayonda məhsul yığımına başlanılacaq. Pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsi məqsədilə həmin rayonlardan 230 mexanizator təlimlərə cəlb olunub. Bir ay davam edən təlimlərdə mexanizatorlara “Jonh Deere” markalı pambıqyığan kombaynların idarə olunması, yol hərəkəti qaydaları, texniki qulluq, istismar zamanı təhlükəsizlik tədbirləri və digər sahələr üzrə məlumat verilib. Təlimlərin yekununda mexanizatorların biliklərinin qiymətləndirilməsi məqsədilə nəzəri və praktiki imtahanlar keçirilib.

İmtahanlarda məqbul hesab edilən 160 mexanizatora sertifikatlar təqdim olunub.

Təlimlərdə iştirak etməyən və sertifikatı olmayan mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video