Alternative content

10:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
ANA SƏHİFƏ / CƏMİYYƏT
05:08 20.08.2018

Bakı Tikiş Evi (BTE) yeni tədris ilində şagirdləri məktəbli formaları ilə təmin etmək üçün tam hazırdır. Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib. I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır.

Bunu AZƏRTAC-a müsahibəsində BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. Bildirilib ki, 2010-cu ildən tətbiq olunan məktəbli formaları ümumilikdə dörd modeldə tikilir.

Məktəbli dəstlərinin keyfiyyətindən və orijinallığından söz açan E.Əzimov qeyd edib ki, məktəbli formalarının gigiyenik və uyğunluq sertifikatı var və bu geyimlər uşaqların sağlamlığına heç bir əks təsir göstərmir. Məktəbli forması alanda onun düyməsində, astarında və qolunda BTE-nin loqosuna diqqət yetirmək lazımdır.

Qeyd edilib ki, Bakı şəhəri üzrə BTE-nin on satış mərkəzi həftənin yeddi günü fasiləsiz fəaliyyət göstərir. Məktəbli geyimlərini və onun aksesuarlarını dəst və fərdi qaydada almaq olar. Eyni zamanda, ilboyu BTE-nin bütün satış mərkəzlərində məktəbli forması və aksesuarları satılır. Satış mərkəzlərindən alınan mallara bir il zəmanət verilir.

E.Əzimov bildirib ki, BTE-nin “Qaynar xətt”i də fəaliyyət göstərir. Maraqlananlar (012) 597-45-39 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.