Alternative content

01:01 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
05:08 20.08.2018

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

AZƏRTAC xəbər verir ki, 24 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb.

Vaqif Kazımovun rəhbərlik etdiyi yığmamızın heyətində Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. O, finalda hindistanlı Abhimanyu Louranı 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Komandamızın digər boksçularından Əli Zamanovla (48 kq) Əzrak Bəbirov (54 kq) 3-cü yerlə kifayətləniblər. Onlar yarımfinalda müvafiq olaraq, Bişvamitra Çinqhtam və Laxmani Thanqjamçaya (hər ikisi Hindistan) uduzublar.

Qeyd edək ki, millimiz turnirə 8 boksçu ilə qatılmışdı.