20 Avqust 2018 05:08
129
CƏMİYYƏT
A- A+

Qum-çınqıl karxanaları ilə bağlı daha bir cinayət işinin istintaqı tamamlanıb

Ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülməkdədir.

Xəbər verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyənləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Göyçay qum-çınqıl” yatağında fiziki və hüquqi şəxslərə məxsus karxanaların fəaliyyətində aşkarlanmış qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə başlanmış cinayət işlərinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Həmin cinayət işlərindən daha biri ayrıca icraata götürülərək istintaqı tamamlanıb. Qeyd edilən iş üzrə aparılmış istintaq zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl olunmaması, dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, fiziki şəxslər Natiq Zakirov və Nazim Qasımov və “Azpod” MMC-nin qum-çınqıl istismarı sahəsinin rəisi Nəcməddin Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs, “Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində təbiətə və dövlətə 5,5 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 44 min manat məbləğində vergidən yayınma halları müəyyənləşdirilib və istintaq zamanı dəymiş ziyanın bir qisminin ödətdirilməsi təmin edilib. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərə məxsus əmlak üzərinə həbs qoyulmaqla cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Hazırda respublikanın digər bölgələrində bu sahədə yol verilmiş qanun pozuntuları ilə bağlı istintaqı aparılan digər cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video