20 Avqust 2018 05:08
98
CƏMİYYƏT
A- A+

Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizində dövləti maraqlarımıza təhdidlərə qarşı effektiv mübarizənin təmin edilməsi, döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə şəxsi heyətin peşəkarlığının artırılması və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təşkil olunmuş DSX-nin silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi sona çatıb.

“Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təliminin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışların keçirilməsi, sərhəd sularından qanunsuz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatları və helikopterlərinin raket komplekslərindən, zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək məharətlə icra edilib. Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilmiş, itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri taktiki döyüş təlimində yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev taktiki döyüş təliminin uğurlu yekunu, nümayiş etdirilmiş yüksək döyüş qabiliyyəti münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında yerinə yetirməyin böyük şərəf olmasını xüsusi vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi, şəxsi heyətin peşəkarlığının daha da təkmilləşdirilməsi üzrə tapşırıqlar verib, xidməti-döyüş fəaliyyətində növbəti uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video