Alternative content

15:14 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni qurğu dünyanın istənilən yerindən internetə qoşulmağa imkan verəcək
Yeni qurğu dünyanın istənilən yerindən internetə qoşulmağa imkan verəcək
ANA SƏHİFƏ / Elm və texnika
05:08 20.08.2018

“Alcatel” şirkəti dünyanın istənilən yerindən internetə sürətli qoşulma üçün “HH40V” portativ marşrutlayıcısını təqdim edib.

AZƏRTAC “4PDA” resursuna istinadla xəbər verir ki, “Qualcomm MDM9207” çipi üzərində qurulan qurğu bütün şəbəkə standartlarını, o cümlədən 4G şəbəkəsini dəstəkləyir. Bundan başqa, marşrutlayıcını naqilli “Ethernet” qoşulması vasitəsilə istifadə etmək olar.

“Alcatel HH40V” iki “Ethernet” portu və 150 Mbit/saniyə yükləmə sürətinə malik “4G LTE” modulu ilə təchiz edilib. Yeni qurğu “Wi-Fi” şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/saniyə sürətində paylayır.

Məlumata görə, daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün “Alcatel HH40V” marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür. Məsələn, kabel vasitəsilə əlaqə itən zaman 4G qoşulma avtomatik aktivləşir. “LTE” siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir.

“Alcatel HH40V” marşrutlayıcısının qiyməti 70 dollar təşkil edir.