Alternative content

01:55 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qaraciyər sağlamlığını qorumağın yolları
Qaraciyər sağlamlığını qorumağın yolları
ANA SƏHİFƏ / Səhiyyə
05:08 20.08.2018

Qaraciyərin fəaliyyətinə, eyni zamanda, bir sıra xəstəliklərin və piylənmənin qarşısını almağa faydalı ərzaqlar hansılardır?

AZƏRTAC Zdorovye Mail.Ru saytına istinadla xəbər verir ki, bir çox ərzaqlar kimi yulafın da tərkibində olan lifli maddələr artıq çəkidən qurtulmağa kömək edir ki, bu da qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.

 

Qəhvə

 

Düzgün qidalanmamaq və ya alkoqollu içkilərin qəbuluna baxmayaraq gündə 2-3 fincan qəhvə qaraciyərin fəaliyyətinin tənzimlənməsinə kömək edir və xərçəng riskini aradan qaldırır.

 

Yaşıl çay

 

Yaşıl çayın tərkibindəki antioksidantlar xərəçəngin yaranma riskini aradan qaldırır. Bu xüsusiyyət ispanaqda da var.

 

Qaragilə

 

Qaragilə bitkisinin tərkibi polifenol birləşmələrlə zəngindir. Bu da qaraciyərdə piy toplanmasının qarşısını alır.

 

Badam

 

Badamın tərkibində çoxlu miqdarda E vitamini var ki, bu da qaraciyər piylənməsi ilə mübarizədə kömək edir.