Alternative content

10:53 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Babək Xürrəmi haqqında animasiya çarxı hazırlanıb
Babək Xürrəmi haqqında animasiya çarxı hazırlanıb
ANA SƏHİFƏ / Mədəniyyət
11:08 20.08.2018

Azərbaycanın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan Babək Xürrəmiyə həsr edilmiş informasiya xarakterli animasiya çarxı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, animasiyada qəhrəmanın mübarizəsi 3D qrafikası vasitəsilə qısa təsvir edilir. Daha sonra onun “xürrəmilər”in başçısı Cavidanla ilk görüşü, Bəzz qalasına gəlişi, yadelli işğalçılara qarşı mübarizə hərəkatına rəhbərlik etməsi, xəlifənin sərkərdəsi Afşinlə görüşü nümayiş etdirilir.

Sonda Babəkin Bəzz qalasını tərk etdikdən sonra xəyanətə uğraması, yəni Səhl İbn Sumbat tərəfindən aldadılması və edam edilməsi səhnələri göstərilir.

Çarxın hazırlanmasında əsas məqsəd müasir texnologiyalardan istifadə etməklə tarixi qəhrəmanlarımızın animasiyalarını hazırlayıb yaymaq, gənclərə vətənpərvərlik hisslərini aşılamaqdır. Bu, Azərbaycanda tarixi şəxsiyyətlər barədə hazırlanan ilk 3D qrafikalı animasiya çarxıdır.

Animasiya çarxının ssenari müəllifi – rejissoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni Sənan Səfərovdur. Animasiyanın mətnini isə Kamal Yaşar səsləndirib.

Bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Tarixi qəhrəmanlarımız” adlı layihə çərçivəsində hazırlanıb.

Bu videoçarxla aşağıdakı youtube səhifəsindən tanış olmaq olar: https://www.youtube.com/watch?v=wwywa6zlgdI&feature=youtu.be