Alternative content

01:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub
ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub
ANA SƏHİFƏ / DÜNYA
09:08 20.08.2018

Naməlum şəxslər ABŞ-ın Türkiyədəki səfirliyinin binasını atəşə tutublar.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, bu gün səhər saatlarında baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar. Hadisə yerində 5-6 dəfə silah səsi eşidilib. Cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.

Polis silahlı şəxslərin axtarışına başlayıb.