Alternative content

18:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elmar Qasımov cüdo üzrə Avropa açıq çempionatının qalibi olub
Elmar Qasımov cüdo üzrə Avropa açıq çempionatının qalibi olub
ANA SƏHİFƏ / İDMAN
09:08 20.08.2018

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub.

Yüz kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cüdoçumuza Minsk turnirinin qızıl medalı təqdim edilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunub. Yarışın ilk günü qadın cüdoçumuz Ayşə Qurbanlı bürünc medala layiq görülüb.