Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:57 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhsul da var, satış bazarı da...
Məhsul da var, satış bazarı da...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 19.08.2018

 

Qobustanlı fermerlər onlar üçün yaradılan hərtərəfli dövlət dəstəyindən razıdırlar

 

Yerləşdiyi coğrafi ərazi baxımından Qobustan rayonu üçün əsas çörək təknəsi taxılçılıq və heyvandarlıqdır. Qeyd olunan sahələr üzrə ixtisaslaşma inkişafa da təkan verib. Dəmyə əkinçiliyinə, quru iqlim şəraitinə baxmayaraq, aqrotexniki tələblərə düzgün əməl olunduğu ərazilərdə nəzərdə tutulduğundan xeyli çox həcmdə taxıl tədarükü təmin olunur. Heyvandarlıq sahəsində qazanılan uğurlar da ürəkaçandır.

Əvvəlcə biçini yeni başa çatdırılmış taxılçılıqdan bəhs edən rayon kənd təsərrüfatı idarəsinin rəisi Həsənağa Hüseynov bildirdi ki, cari ilin məhsulu üçün keçən ilin payızında 31 min hektar sahədə taxıl əkilmişdi. Bunun 20 min 985 hektarında buğda, qalan sahədə isə arpa əkini aparılmışdı. Bunlarla yanaşı, 425 hektarda noxud əkilib. Artıq bu məhsulların biçini yekunlaşıb. Nəticə də müsbətdir. Sahələrdən 71 min ton taxıl və 500 ton noxud tədarük olunub.

Vacib məqamlardan biri də rayonda texniki təchizatın lazımi səviyyədə təmin olunmasıdır. Bu da son nəticədə həm şumlanma, həm də biçin dövründə kəndlinin əlindən tutur. Belə ki, son illər  rayon üzrə 59 fermer lizinq yolu ilə “Aqrolizinq” ASC-dən kombayn götürüb. Bunların 40 faiz dəyəri fermerlərin özləri tərəfindən ödənilib və bir o qədər də dövlət güzəşti tətbiq edilib. Əlavə olaraq “Aqrolizinq” ASC-nin Qobustandakı regional nümayəndəliyində də 11 ədəd kombayn var. Bu da rayonun kombayna olan tələbatının əsasən ödənilməsi deməkdir. Bundan başqa, intensivliyi təmin etmək üçün biçin kampaniyasına Aran rayonlarından - Cəlilabad, Biləsuvar, Ağsu və Saatlıdan üst-üstə 18 kombayn cəlb edilib.

H.Hüseynov deyir ki, məhsuldarlıq keçən illə müqayisədə xeyli yüksəkdir. Nümunəvi təsərrüfatların daha çox seçildiyi kəndlər sırasında isə  Xilmilli, Dərəkənd, Qobustan şəhər, Təklə, Sündü və Cəyirlini göstərmək olar. Artım hektar üzrə təxminən 3-5 sentner təşkil edir ki, bu da ümumi göstəriciyə əhəmiyyətli təsir göstərir.

Sahələrdən bol və keyfiyyətli məhsulun götürülməsində toxum az rol oynamır. Ona görə bu məsələ də diqqətdə saxlanılır. Təsadüfi deyil ki, hazırda rayonda toxumçuluqla 15 təsərrüfat məşğul olur. Fermerlərin hər birinin 100 hektardan çox əkin sahəsi var. Məsələn, Xilmilli kəndi ərazisində Soltanpaşa Məlikovun 400 hektar, Muxtar Xudyayevin 100 hektara yaxın, Cəmcəmli kəndində Telman Əhmədovun və Ruslan Əhmədovun şəxsi mülkiyyətlərində 250 və 150 hektar taxıl sahəsi mövcuddur. Həmin təsərrüfatların orta məhsuldarlığı 28-33 sentner təşkil edir.

Əlavə olaraq toxumçuluqla məşğul olan 2 dövlət müəssisəsi də var. Bunlar Qobustan Bölgə Təcrübə Stansiyası və “Kənd Təsərrüfatı Müəssisəsi” MMC-dən ibarətdir. Onlar da hektardan orta hesabla 26-30 sentner məhsul götürürlər.

Əhalidə olan taxılın satışı da dövlət nəzarətindədir. Artıq Kənd Təsərrüfatı Nazirliyinin balansında “Aqromarket” MMC yaradılıb. Həmin müəssisəyə rayondakı məhsullar haqqında gündəlik elektron məlumat göndərilir. Paralel olaraq  istehsalçı haqqında məlumat da müəssisəyə ötürülür. Beləliklə, alıcı ilə satıcı heç bir vasitəçi olmadan alqı-satqı münasibətinə girə bilirlər. Bu münasibətlər gələcəkdə alqı-satqı məsələlərinə əhəmiyyətli təsir göstərəcək. Ümumilikdə isə indiyədək taxılın əksər hissəsinin satışı sifarişlərə uyğun olaraq   təmin olunub. Bakıdakı dəyirmanlara münasib qiymətə 10 min tondan çox məhsul satılıb.

Kənd təsərrüfatına verilən dövlət dəstəyi fermerin rahat nəfəs almasına, bu sahəyə daha ürəklə bağlanmasına təsirsiz ötüşmür. Konkret olaraq buğdanın hər hektarına 90, arpa və digər məhsullara isə 50 manat subsidiya verilir. Təkcə 2017-ci ilin məhsulu üçün 2 milyon 155 min manatlıq subsidiya sənədləri hazırlanaraq respublika komissiyasına təqdim olunub. Həmin vəsait də yaxın vaxtlarda təmin ediləcək.

Əkin sahələrinə gübrələrin verilməsi normativi də artırılıb.  Əvvəllər 1 hektar üçün 240 kiloqram gübrə nəzərdə tutulduğu halda, indi bu həcm 360 kiloqramdır. Ona görə də artıq güzəştlərin həcmi də xeyli artırılıb.

Qobustanın potensial sahələri arasında heyvandarlıq xüsusi çəkiyə malikdir. Burada 30 min başdan çox mal-qara var. O cümlədən 179  min baş xırdabuynuzlu davar mövcuddur. Taxılçılıq sahələrindən yığılan məhsul heyvandarlığın inkişafına böyük dəstəkdir. Örüş sahələri və biçənəklər 39  min hektardır ki, bu da mövcud heyvanların yemlə təmin olunmasına bəs edir.

Əlavə olaraq, dövlətin maliyyə dəstəyi ilə süni mayalanma aparılır və həmin heyvanlar tövlə şəraitində saxlanılır. Cari ildə 741 baş heyvanda süni mayalanma aparılıb və 545 baş buzov alınıb. Hər yeni doğulan buzova görə fermerə 100 manat subsidiya verilməsi də insanların bu sahəyə maraqlarını daha da artırır. Ümumilikdə isə mütəxəssislərin qənaətinə görə, heyvanların otlaqdan tövlə şəraitinə keçməsi öz bəhrəsini verir.

Son illər rayonda arıçılığa da maraq artıb. Bu gün rayonda 1350 arı ailəsi var. Qeyd olunan amillər ayrı-ayrılıqda nəzərdən keçirildikdə görürük ki, Qobustan ölkənin ərzaq təhlükəsizliyi baxımından böyük əhəmiyyətə və potensiala malikdir.

 

Əli SƏLİMOV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM