Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

10:31 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təsərrüfatlar təbiət hadisələrindən ziyan çəksə də...
Təsərrüfatlar təbiət hadisələrindən ziyan çəksə də...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 19.08.2018

 

Zaqatala sakinləri onlara göstərilən dövlət qayğısından razılıq edirlər

 

Son dövrlər bir-birinin ardınca dünyada anomal iqlim şəraiti səbəbindən baş verən təbii fəlakətlər ölkəmizdən də yan keçmir. Keçən yay mövsümündə insanlar uzun sürən quraqlıqla sınağa çəkildikləri halda, bu il vəziyyət fərqli oldu. Əvvəlki ilin eyni zamanında susuzluqdan cadar-cadar olan torpaqlar bu il ümumilikdə ciddi su yanğısı çəkmədilər. Əksinə, gözlənilmədən mövsümə uyğun olmayan leysan yağışları insanlarda çaşqınlıq yaratdı. Bu vəziyyət hətta aqrar sektorun ayrı-ayrı sahələrinə ciddi zərər də vurdu.
Yağıntılardan əziyyət çəkən regionlarımız arasında aqrar sektor üzrə böyük potensiala malik olan Zaqatala rayonu da var. Ümumilikdə bu rayon cari il ərzində bir neçə dəfə təbiətin şıltaqlıqları ilə üz-üzə qalıb və hamısından da el birliyi sayəsində məharətlə çıxa bilib.
Lakin avqustun 9-dan başlayan leysan yağışları rayon üçün ciddi fəsadlara yol açdı. Ümumiyyətlə, respublikanın şimal-qərb bölgəsində dağ çaylarında baş verən daşqınlar, bəzi yaşayış məntəqələrinə düşən sel vətəndaşların şəxsi təsərrüfatlarına, əkin və bağ sahələrinə, infrastruktura xeyli ziyan vurdu.
Rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov hadisə ilə bağlı məlumat verərək dedi:
- Hadisə Vöhtala, Höytala, Danaçı, Maqov, Muxax, Zəyəm, Çobankol, Lahıc, Bəhmətli və digər kəndlərində ciddi problemlərə yol açmışdı. Vöhtala və Höytala inzibati ərazisində vəziyyət daha acınacaqlı idi. Burada insanların bir qismi təbii fəlakət zonasında qalmış, digər tərəfdən də sel suları artıq sakinlərin həyətyanı sahələri bir yana, evlərinə də çatmışdı. Hadisənin miqyasının genişliyi nəzərə alınaraq, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin rəhbərliyi altında xüsusi qərargah yaradıldı. İlk tədbir daşqın olan ərazidə qalan 12 ailənin təxliyyəsi idi. Müraciət əsasında heç bir insana xətər toxunmadan Vöhtalada olan sakinlər Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə təbii fəlakət zonasından çıxarıldı.
T.Əhmədovun sözlərinə görə, hazırda rayon ərazisindən axan Tala və digər dağ çaylarında sululuq bir qədər azalıb. Kəndlərdə sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ağır tonnajlı texnikalarının köməyi ilə lazımi tədbirlər həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində həyətlərə və həyətyanı sahələrə dolan sel suları çəkilir, kəndlərdə həyat tədricən öz axarına düşür.
T.Əhmədov dedi ki, hadisənin üstündən 10 gün keçməsinə baxmayaraq, hələ də sel daşqınlarının fəsadlarının dəf edilməsi üçün bütün qüvvələr səfərbər edilib. Sakinlərin rahatlığını təmin etmək, orada həyatın tam normal məcraya düşməsi üçün bütün zəruri tədbirlər görülür. Bu kəndlərdə rayonun ayrı-ayrı təşkilatlarının tez-tez keçirdikləri iməciliklər də sakinlərin əhvalını yüksəldir və inam hisslərini daha da artırır. Sakinlər onlara göstərilən dövlət qayğısından razılıq edirlər.
Təbii fəlakətlə daha çox üz-üzə qalan məkanlardan biri də Höytala ərazi inzibati dairəsi nümayəndəliyinin Yolayrıc kəndidir. 267 ev və 300 təsərrüfatdan ibarət olan Yolayrıc kəndində 200 ev təsərrüfatı həyətlərə su dolduğundan zərər görüb. Ümumilikdə isə zərər görməyən ailə yoxdur. Çünki bütün bağ, bostan sahələri lilin əsirinə çevrilib.
Kənd sakini Yunis Eminov qarşılaşdıqları belə bir ağır vəziyyətdə ilk dəqiqələrdən yanlarında olan, onlara maddi və mənəvi dəstək verən rayon rəhbərliyinə minnətdarlığını ifadə etdi. Bildirdi ki, Yolayrıc Tala çayının sahilində yerləşdiyi üçün güçlü sel gələrkən sakinlərin, onların ev və təsərrüfat sahələrinin dəfələrlə zərər çəkməsi halı baş verib. Ərazinin coğrafi relyefi çayın sağa meyilli olmasına səbəb olur. Bu da çayda sel daşqınları baş verərkən qeyd olunan istiqamətə axının daha çox olmasına gətirib çıxarır. Ötən illər ərzində kəndin seldən daha çox zərər çəkməsi 1963-cü ildə baş verən sel zamanı yaranıb.
Müsahibimiz deyir ki, bu dəfə dağlarda baş verən sürüşmələr çayın yatağının qum və çınqılla daha çox dolmasına səbəb oldu. Vəziyyətdən çıxış yolu isə ya böyük vəsait hesabına bəndin tikilməsi, yaxud da çayın yatağının qazılıb kənara atılması ola bilər. Təkcə bu il üçüncü dəfədir ki, kənd sel təhlükəsi ilə üzləşir. Əvvəlkilərdə lil az olsa da, bu dəfə dağda torpaq sürüşməsinin baş verməsi və ya hansısa səbəbdənsə lil ağılagəlməz dərəcədə çox olub. Bununla belə, ümumilikdə Tala çayının səviyyəsinin hazırki qədər qalxması müşahidə olunmayıb.
Narahatlıq doğuran tendensiyalardan biri də ondan ibarətdir ki, lilin daha çox yığıldığı ərazilərin sonrakı uzun illər ərzində istismarında problemlər yaranır. Bir növ, səhralaşma baş verir. Konkret olaraq 1983-cü ildə belə hallar yaşanan ərazilərdə torpağın yenidən məhsuldarlığa düşməsi üçün 10 ildən çox vaxt tələb olunub. Bu dəfə lil daha çox olduğundan torpağın üst qatı deqradasiyaya uğraya bilər. Beləliklə də, lilin içərisində olan gilin torpağa nəfəs almağa imkan verməməsi bütün ağacların inkişafdan qalmasına, hətta qurumasına gətirib çıxaracaq.
Kənd sakini Musa Diqayevin həyətinə daxil oluruq. Burada da vəziyyət heç də arzuolunan səviyyədə deyil. Evin zirzəmisi və həyətyanı təsərrüfat lillə dolub. “Su Təsərrüfası və Meliorasiya” ASC-nin “Kamaz” markalı avtomobilləri digər həyətlər kimi bura da qum tökür, texnikalar isə onu yayırdılar.
Ev sahibi hadisə baş verən günü belə xatırlayır: “Sel daşqını yeni başlayan zaman yaxınlıqda olan arxı bağlayırdıq ki, sel həyətə daxil olmasın. Bu zaman bacım oğlu çağırdı ki, gəlin, küçədəki çaya baxın. Selin gəlmə istiqamətində olan fındıq bağında təxminən 300 kiloqram yay fındığı toplamışdıq. Lakin biz 5 nəfər su gələnə kimi heç onun yarısını belə götürə bilmədik. Əlavə olaraq qaynaq aparatı, su pompası və digər avadanlıqlar da lilin altında qaldı.”
Musa Diqayev deyir ki, bütün problemlər həyətin lillə dolması ilə bitsə nə var idi ki? Təsəvvür edin ki, yarım hektarlıq qarpız sahəsi, böyük fındıq bağı suyun altında qalıb. Qarpızlar tamamilə sıradan çıxdı. Fındığı da yığmaq olduqca müşkül məsələdir. Çünki ərazidə dizə qədər çıxan lil var. O qurumayınca sahəyə girmək mümkün deyil. Havalar tam quraq keçərsə, aylarla vaxt lazım gələcək. Fındıq isə gözləmir. Ağacdan düşən məhsul lilin içində məhv olur.
Kənd sakini Şaban Eminovla da həyətində görüşürük. Həyət və evin zirzəmisinin lil içərisində olması elə kənardanca diqqəti çəkir. Bununla belə, müsahibimiz həyətdə, evdə olan vəziyyətdən çox da narahat deyil. Onu da daha çox qayğılandıran ilk növbədə, fındıq bağlarıdır. Deyir ki, fındıq bu ərazidə yaşayan insanların çörək ağacıdır. Lakin məhsul tökülüb gedir. Sahəyə də girmək mümkün deyil. Kartof, soğan, lobya və digər tərəvəzlər haqqında isə heç danışmağa dəyməz.
Göründüyü kimi, vətəndaşın təbii fəlakət səbəbindən qarşılaşdığı problemlərin aradan qaldırılmasına dövlət bu və ya digər formada dəstəyini verir. Lakin bununla belə, təbiətdə bir-birinin ardınca baş verən kataklizmlər insanları da silkələməli və onlar özlərində mövcud əmlaklarını sığorta etdirmək kimi vacib bir məsələ ilə bağlı vərdiş formalaşdırmalıdırlar.

Əli SƏLİMOV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM