Alternative content

16:21 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dost sevindi, düşmən yasa batdı
Dost sevindi, düşmən yasa batdı
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 19.08.2018

 

İndi hamı bilir ki, 1918-ci il mayın 28-də Şərqin ilk müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda ən vacib sahələrdən olan ordu quruculuğuna da xüsusi diqqət yetirilirdi. Təəssüf ki, o dövlətin özü kimi yaratdığı ordunun da ömrü çox qısa oldu. SSRİ dövründə isə azərbaycanlı gəncləri hərbi xidmətə əsasən inşaat batalyonlarına göndərirdilər.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə bu məsələni də diqqətdən kənar qoymadı. 1971-ci ildə  Cəmşid Naxçıvanski adına Hərbi Məktəb (indi Hərbi Lisey) yaratdı. El arasında onu Heydər Əliyev məktəbi də adlandırırlar. Bundan başqa, azərbaycanlı gənclər ittifaqın hər yerində hərbi məktəblərə, institutlara qəbul olunmağa başladılar. SSRİ dağılandan sonra müasir Azərbaycan Ordusunun zabit korpusunun özəyini də məhz bu məzunlar təşkil etdilər. C.Naxçıvanski adına xüsusi təyinatlı təhsil ocağının Azərbaycan Ordusunun yaranmasında da müstəsna rolu var.

Əgər müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə indiki kimi peşəkar hərbi kadrlarımız, döyüş texnikamız olsaydı, düşmən bizim bir qarış torpağımızı da zəbt edə bilməzdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Azərbaycanın xilaskar oğlu Heydər Əliyevin böyük səyi sayəsində qısa müddət ərzində ordumuz düşməni cəbhə boyu geri oturdaraq atəşkəsə məcbur etdi. 

Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - iyunun 26-sı ölkəmizdə Silahlı Qüvvələr Günü kimi hər il qeyd olunur. Bu il xalqımız Silahlı Qüvvələrin yaranmasının 100 illiyini təntənə ilə bayram etdi. Bu münasibətlə Bakıda keçirilən hərbi parada baxanlar bir daha əmin oldu ki, bu gün Azərbaycan Ordusu çox güclüdür, əsgərlərimiz vətənpərvərdir, mübarizdir, cəsarətlidir, yüksək hazırlıqlıdır, vətənə, xalqımıza, Ali Baş Komandana sədaqətlidir. Əsgərlərimiz bu keyfiyyətləri 2016-cı ilin aprel döyüşlərində, bu yaxınlarda isə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu istiqamətində keçirilən əməliyyatda təsdiq ediblər.

Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğurla davam etdirir. Güclü iqtisadiyyata söykənən ordu formulu Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Prezident, Ali Baş Komandan iyunun 26-da keçirilən hərbi paraddakı nitqində bununla bağlı dedi ki, 2003-cü ildən bugünə qədər bizim hərbi xərclərimiz 15 dəfə artmışdır. Biz 20 hərbi zavod tikmişik. Ölkəmizdə 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunur. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Həqiqətən də qürur doğuran faktlardır. Dünya da artıq bilir ki, Azərbaycan Ordusu istər silah-sursat, istər müasir hərbi-texniki təchizat, istərsə də yüksəksəviyyəli hazırlıqlı hərbçi kadr baxımından inkişaf edərək dünyada tanınır, Cənubi Qafqazın isə ən güclü ordusudur. Orduda qulluq edən hər bir əsgərimiz vətən, torpaq fədaisidir. Düşmən belə igid oğullar qarşısında tab gətirə bilməz.

Bu parad dost ölkələrdə xoş əhvali-ruhiyyə yaratdı. Ölkəmizin inkişafını gözü götürməyənlərin kefinə soğan doğradı, düşmənlərimizin ürəklərindən qara qanlar axdı.

 

Vidadi ZƏRBİYEV,

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM