Alternative content

14:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tərtərdə də xalça toxunacaq
Tərtərdə də xalça toxunacaq
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 19.08.2018

 

Bilirik ki, Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərini bəzəyir. Onu da bilirik ki, xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsusdur. Son illər bu sahəyə dövlət səviyyəsində daha böyük qayğı göstərilir.

İndi Tərtər şəhərinin Nizami küçəsində də “Azərxalça” ASC tərəfindən xalça istehsalı emalatxanasının tikintisinə başlanmışdır. Bu məqsədlə 0,42 hektar torpaq sahəsi ayrılıb. Emalatxana istifadəyə veriləndən sonra burada 180 nəfər qadın çalışacaq. Bu xəbər tərtərli qadınlarla yanaşı, rayonumuzda məskunlaşan qaçqın və məcburi köçkün ana və bacılarımızı da çox sevindirib. Axı onların da arasında bu qədim peşənin sirlərinə dərindən bələd olanlar var.

Öyrənmişik ki, inşaat işləri ilin sonunadək başa çatdırılacaq. Bu o deməkdir ki, qızlarımız Tərtər şəhərində toxunan xalçalardan da cehiz aparacaq, evlər, muzeylər bəzənəcək.

 

Nigar ƏMRAHOVA,

Tərtər şəhərinin sakini