Alternative content

19:38 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Onların da ürəyincə olar
Onların da ürəyincə olar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 19.08.2018

 

Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində doğma yurd-yuvasından didərgin salınanların bir qismi Bərdə rayonuna pənah gətirdi. O zaman bərdəlilərin istirahət etdikləri “Pambıqçı” sanatoriyası bütünlüklə qaçqınların ixtiyarına verildi. Burada onlarca ailə məskunlaşdı. O vaxtdan təxminən 30 il keçir. “Pambıqçı” sanatoriyasında doğulan uşaqların çoxu ailə qurub, ata-ana olub. Əksəriyyəti dövlətin qayğısı ilə tikilən yeni qəsəbələrdə hər cür şəraiti olan evlərlə təmin edilib.

Qaçqın və köçkünlərə dövlət qayğısı bu gün də davam edir, yeni qəsəbələr tikilir, məhəllələr salınır. Heç şübhəsiz, tezliklə sonuncu məcburi köçkün ailəsi də yeni mənzil alıb “Pambıqçı”nı tərk edəcək. 

Hörmətli redaksiya!

İstərdik ki, “Pambıqçı” sanatoriyası tam boşalandan sonra bərpa edilib yenidən bu gün əmək meydanında xarüqələr yaradanların ixtiyarına verilsin. Onlar əlavə pul xərcləyib uzağa getmədən, əvvəlki kimi, bu sağlamlıq mərkəzində dincəlmək, müalicə olunmaq imkanı qazansınlar. Bu, onların da ürəyincə olar.  

 

İlkin PİRİYEV,

Bərdə şəhərinin sakini