Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

12:34 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı qonaqlar üçün də tolerant şəhərdir
Bakı qonaqlar üçün də tolerant şəhərdir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 19.08.2018

 

Azərbaycana, o cümlədən Bakı şəhərinə gələn turistlərin sayı ildən-ilə deyil, aydan-aya çoxalır.

Dünyanın müxtəlif yerlərindən ölkəmizə üz tutan qonaqların hərəsinin öz maraq dünyası var. Bəziləri təbiət vurğunudur, dənizi, yaşıllığı sevir, bəzilərini tarixi abidələr cəlb edir, bir qismi meqapolisə çevrilən Bakının əzəmətli tikililərinin, paytaxt şəhərimizin yeni simasının sorağını eşidib onları görmək istəyir.

Məlumdur ki, istənilən ölkədə, şəhərdə turistlərin məmnun qalması üçün bir sıra şərtlər vacibdir: hava, gözəllik, rahatlıq, mətbəx, xidmət və s.

Bütün bunlardan əlavə, hamının ürəyindən xəbər verən, onları valeh edən başqa bir mühüm amil də var. Bu, azərbaycanlıların mehribanlığı, səmimiyyəti, insansevərliyidir. Milliyyətindən, irqindən, dilindən, dinindən asılı olmayaraq hər qonaq bizə əzizdir. Şübhəsiz ki, turistlər Azərbaycanın multikulturalizm ənənələrini qoruyub saxlayan, tolerantlığa dəyər verən bir ölkə olduğunu da əvvəlcədən bilir və eşitdiklərini burada görürlər. Başqa sözlə, Bakıda dünyanın istənilən yerindən gəlmiş turist özünü sərbəst hiss edir, istirahətini öz zövqünə və dünyagörüşünə uyğun keçirə bilir.

 

Foto Ağaəli MƏMMƏDOVUNDUR


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM