Alternative content

14:08 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaradılan şəraitdən uşaqlar da məmnundur, böyüklər də...
Yaradılan şəraitdən uşaqlar da məmnundur, böyüklər də...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 19.08.2018

 

Kəndimizdəki körpələr evi-uşaq bağçası uzun illər istismar edildiyindən əsaslı təmirə ehtiyac var idi. Bununla bağlı rayon icra hakimiyyətinə müraciət etdik. Sağ olsunlar, sözümüzü yerə salmadılar. Çox keçmədən bağçanın əsaslı təmirinə başlandı. Təmir günlərində fəaliyyətimizi davam etdirmək üçün bizə başqa yerdə münasib yer də ayırdılar.

Bağçamızın açılışını rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə etdi. Burada uşaqlar üçün yaradılan şəraitdən valideynlər də, tərbiyəçi müəllimlər də razı qaldılar. 

Biz də bağçada yaradılan şəraitdə əməyi olanlara kollektiv adından sağ olun deyirik.

 

Aynurə HAQVERDİYEVA,

Zaqatala rayonu Mosul kənd körpələr evi-uşaq bağçasının müdiri