Alternative content

11:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Su təminatı yaxşılaşacaq
Su təminatı yaxşılaşacaq
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 19.08.2018

 

İqtisadiyyatımız inkişaf etdikcə əhalinin həyat tərzi daha da yaxşılaşır. Bu inkişaf  bölgələrdə də özünü göstərir, problemlər həllini tapır.

Respublikamızın qərb qapısı adlandırılan Qazax rayonu da dövlət başçısının diqqət və qayğısı sayəsində son illər daha da inkişaf edib. Əhalinin ehtiyac duyduğu sahələrdə görülən işlər onlara rahatlıq gətirir. Elə bunun nəticəsidir ki, indi rayonda elə bir kənd,  qəsəbə yoxdur ki, orada infrastruktur yenilənməsin.

Bu yaxınlarda rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin Osman Sarıvəlli küçəsindəki binalarda yaşayan sakinlərlə səyyar görüş keçirirdi. İcra başçısı sakinləri düşündürən, narahat edən məsələlərlə maraqlandı, arzu və təkliflərini dinlədi. Sakinlər bildirdilər ki, içməli su problemi var. Heç aradan üç gün keçməmiş tikinti təşkilatlarının nümayəndələri küçəmizə gəldilər. Qısa vaxt ərzində yeni su xəttinin çəkilişinə başlanıldı. Artıq xəttin çəkilişində son tamamlama işləri görülür. Yaxın vaxtlarda küçə sakinləri ekoloji cəhətdən təmiz içməli su ilə təmin ediləcəklər. Biz də bu işdə köməyi olan insanlara minnətdarlıq edir, yeni su xəttini çəkənlərə “əliniz-qolunuz var olsun” deyirik.

 

Məhəmməd MİRZƏLİYEV,

Qazax şəhərinin sakini