Alternative content

12:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşıqlarımız tez-tez sönür
İşıqlarımız tez-tez sönür
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 19.08.2018

 

Ölkəmizdə xalqın rifah halının yaxşılaşdırılması üçün aparılan islahatlar, qazanılan uğurlar, abadlıq-quruculuq işləri hər bir azərbaycanlının ürəyindən xəbər verir.

Azad, firavan həyat sürmək üçün sosial məsələlər ardıcıl olaraq həll edilir.

Təəssüf ki, belə bir vaxtda bizim Bradi kəndində yerli təşkilatların biganəliyi üzündən işıqlar tez-tez sönür. Bir balaca külək əsəndə, yaxud yağış yağanda günlərlə işıqsız qalırıq. Köhnəlmiş elektrik dirəklərini, sallanmış məftilləri qaydaya salmaq heç kəsin yadına düşmür. Hətta elə yerlər var ki, dirəklər arasında sallanan məftillər həyat üçün təhlükə yaradır. Bu işə məsul olanlar isə vəzifə borclarını işıq pullarını yığmaqla bitmiş hesab edirlər.

Görəsən, bu, nə vaxtadək davam edəcək?

 

Zəfər ORUCOĞLU,

Lerik rayonunun Bradi kənd sakini