Alternative content

12:49 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb
Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb
ANA SƏHİFƏ / DÜNYA
11:08 18.08.2018

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə bu ölkənin Nazirlər Kabinetinin iclasında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın müddəalarının yerinə yetirilməsi məsələləri müzakirə olunub.

AZƏRTAC Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Q.Berdiməhəmmədov Nazirlər Kabinetinin sədri Rəşid Meredova Xəzər sammitində əldə olunmuş razılaşmaların müddəalarının qısa müddətdə yerinə yetirilməsinə dair tədbirlər planının hazırlanması barədə tapşırıq verib. Dövlət başçısı Xəzəryanı ölkələr arasında ticari-iqtisadi və nəqliyyat sahələrində imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb, Baş nazirin müavinlərinə təkliflərin hazırlanması ilə bağlı göstəriş verib.

Həmçinin 2019-cu ildə Aşqabadda keçiriləcək Birinci Xəzər İqtisadi Forumuna hazırlıq məsələləri müzakirə olunub.

İclasda Türkmənistanın Xəzərdə axtarış-xilasetmə işləri üzrə beştərəfli Sazişin hazırlanmasında fəal iştirak etməsi də qərara alınıb. Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb.