Alternative content

09:59 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident Vladimir Putin Avstriya XİN-in rəhbəri Karin Knayslın toyunda iştirak edib
Prezident Vladimir Putin Avstriya XİN-in rəhbəri Karin Knayslın toyunda iştirak edib
ANA SƏHİFƏ / DÜNYA
07:08 18.08.2018

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-də Avstriyaya qısamüddətli səfər edib.

AZƏRTAC xəbər verir ki, səfərin əsas məqsədi Avstriyanın xarici işlər naziri Karin Knayslın toy mərasimində iştirak etmək olub. Avstriyanın Ştiriya əyalətindəki Qamlits qəsəbəsində baş tutan mərasimə, həmçinin bu ölkənin federal kansleri Sebastian Kurts, vitse-kansler Haynts-Kristian Ştraxe, ölkənin müdafiə və nəqliyyat nazirləri, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo və digər rəsmi şəxslər, eləcə də müxtəlif ölkələrdən qonaqlar qatılıblar.

Rusiyanın dövlət başçısının avstriyalı biznesmen Volfqanq Maylinqer ilə nikah bağlayan Karin Knayslın toy mərasimində iştirakı Avstriyada və digər Avropa ölkələrində birmənalı qarşılanmayıb. Rusiyaya qarşı sanksiyaların mövcud olduğu dövrdə Avstriya hökumətinin əsas üzvlərindən birinin şəxsi mərasiminə V.Putinin dəvət olunmasını tənqid edənlər, Avstriyanı ümumavropa mövqeyini pozmaqda və Avropada Rusiya Prezidenti üçün dayaq nöqtəsinə çevrilməkdə ittiham ediblər. Toy mərasimində iştirak edən Avstriyanın müdafiə naziri Marion Kunasek ittihamlara cavab olaraq bildirib ki, V.Putinin şəxsi dəvət əsasında toy mərasiminə qatılması Avstriyanın xarici işlər nazirinə verilən yüksək dəyərin təcəssümüdür və səsləndirilən tənqidlərin heç bir əsası yoxdur. Ənənəvi olaraq Avstriyanın bütün tərəf müqabilləri ilə ünsiyyəti qorumağı bacardığını qeyd edən M.Kunasek xarici siyasət idarəsinin rəhbəri K.Knayslın öz peşə fəaliyyəti çərçivəsində bu diplomatiyanı həyata keçirdiyini qeyd edib.

Avstriya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da Rusiya Prezidentinin toy mərasimində iştirakının şəxsi xarakter daşıdığı və K.Knayslın şəxsi qonağı kimi dəvət olunduğu vurğulanıb.

Toy mərasimində iştirakdan sonra V.Putin Almaniyanın kansleri Angela Merkel ilə danışıqlar üçün Berlinə yola düşüb.