Alternative content

04:20 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək və əhalinin sosial müdafiəsi naziri yeni tikilən sosial əhəmiyyətli obyektlərlə tanış olub
Əmək və əhalinin sosial müdafiəsi naziri yeni tikilən sosial əhəmiyyətli obyektlərlə tanış olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
07:08 18.08.2018

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən və son tamamlama işlərinin aparıldığı dördmərtəbəli, 36 mənzilli yaşayış binası ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, binanın həyətində, mənzillərdə sakinlərin rahatlığı üçün yaradılan şərait, eləcə də əlillərin maneəsiz hərəkət imkanlarına malik olması, kommunal təchizat sistemlərinin keyfiyyətlə quraşdırılması üçün görülən işlər nəzərdən keçirilib. Qeyd edilib ki, yaşayış binasındakı mənzillər Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən nazirliyə təqdim olunmuş növbəlilik siyahısı əsasında Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə veriləcək.

Nazir, həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslər üçün Qobustan rayonunda tikintisi başa çatmaqda olan 50 yerlik Sosial Adaptasiya Mərkəzində yaradılan şəraitə baxış keçirib. Mərkəzdə qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi, qanuni mənafelərinin qorunması üçün aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər aparılacaq.

Burada onların əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlıqlarının təşkili üçün də müvafiq tədbirlər həyata keçiriləcək.