Alternative content

02:23 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qanada Kofi Annanın vəfatı ilə bağlı bir həftəlik matəm elan edilib
Qanada Kofi Annanın vəfatı ilə bağlı bir həftəlik matəm elan edilib
ANA SƏHİFƏ / DÜNYA
07:08 18.08.2018

Qana Prezidenti Nana Akufo-Addo BMT-nin sabiq Baş katibi Kofi Annanın vəfatı ilə əlaqədar avqustun 20-dən başlayaraq dövlətin ərazisində və ölkənin diplomatik missiyalarında bayraqların bir həftə endirilməsi barədə göstəriş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat dövlət başçısının saytında yerləşdirilib.

Prezident Kofi Annanın ailəsinə və yaxınlarına “böyük itki” ilə əlaqədar başsağlığı verib. Onun sözlərinə görə, Annanın həyat yoldaşı diplomatın dünyadan “sakit, yuxuda ikən” köçdüyünü deyib. Dövlət başçısı qeyd edib ki, Annan BMT-nin Baş katibi postunda və beynəlxalq arenada fəaliyyəti sayəsində Qanaya “xeyli məşhurluq” qazandırıb.

Xatırladaq ki, Kofi Annan qısa sürən xəstəlikdən sonra avqustun 18-də 80 yaşında dünyasını dəyişib. O, 1997-ci və 2001-ci illərdə iki müddətə BMT-nin Baş katibi seçilib və Nobel Sülh Mükafatına layiq görülüb.