Alternative content

19:36 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qida Təhlükəsizliyi Agentliyi qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib
Qida Təhlükəsizliyi Agentliyi qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
07:08 18.08.2018

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, AQTA şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir. Bakı şəhəri üzrə həmin ünvanları aşağıdakı kimidir.

Rayonlar heyvan kəsimi və satışı məntəqələrinin ünvanları:

Səbail rayonunun Gülbala Əliyev küçəsi (Bibiheybət neft və qazçıxarma İdarəsinin arxası),

20-ci sahə (Badamdar şosesi),

Xətai rayonu Zığ yolu ("Nargilə" adlanan yer və 5 saylı binanın yaxınlığında),

Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi,

Binəqədi rayonu Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (dördyol adlanan yer),

Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı),

Cəfər Xəndan küçəsi 54 ("Ət pavilyonu"),

Şərifzadə küçəsi 196,

Yasamal rayonu Yeni Yasamal yaşayış massivi,

D.Bünyadzadə küçəsi 7,

M.Xiyabani küçəsi 10c,

Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi),

Qaradağ rayonu Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı),

"Qoç-ət" MMC, Lökbatan qəsəbəsi

Nizami rayonunun M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi,

"Azər-Aqro" MMC, Yeni Bakı Neftayırma Zavodu dairəsi,

Əliyar Əliyev küçəsi 26 ("Bakı Taxıl-2" ASC-yə məxsus heyvan kəsimi məntəqəsi),

Nərimanov rayonunun Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ" mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı,

Əliyar Əliyev küçəsi 36a ("Təbriz" KM, Keşlə bazarı),

Suraxanı rayonunun Hövsan qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı),

Yeni Günəşli V massivi ("Günəş" Ticarət Mərkəzi),

Xəzər rayonunun Qala qəsəbəsi Dəmiryol stansiyası ("Lambir" müəssisənin arxası),

Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC,

Abşeron rayonu "Səhliyalı" MMC, Xırdalan şəhəri Quşçuluq massivi,

Zabrat yolu "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə,

Zabrat-Kürdaxanı şosesinin sağ tərəfi,

Zabrat-Maştağa şosesi ("Kanal" marketin yanı),

Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72,

Sabunçu rayonu Nardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 107,

Sabunçu qəsəbəsi, Şəhər şosesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti),

Ramana qəsəbəsinin Şuşa küçəsi,

Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsi,

Sabunçu rayonunun Zabrat qəsəbəsi "Azmeat" MMC,

Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6.