18 Avqust 2018 07:08
118
İQTİSADİYYAT
A- A+

Ölkədə iqtisadi fəal əhalinin 4,8 milyon nəfəri məşğul əhalidir

Avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 120,8 min nəfər olub və onlardan 4 milyon 869,2 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 546,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 885,7 min nəfər, qeyri-dövlət sektorunda isə 660,5 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 33,7 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 512,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 6,8 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 21,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində işləyib.

İkinci rübün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2 min 334 nəfər olub. Onlardan 33,3 faizi tikintidə, 30,2 faizi mədənçıxarma sənayesində, 8,6 faizi emal sənayesində, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,6 faizi təhsil və 13 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. Yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148 saat təşkil edib.

Avqustun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,1 min nəfər olub, onların 37,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 273,9 manat olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video