Alternative content

09:17 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
07:08 18.08.2018

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 600 milyon 506 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 77 milyon 685 min dollar çoxdur.

Yeddi ayda MDB ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 487 milyon 38 min dollar təşkil edib.