Alternative content

19:40 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pakistanın yeni Baş naziri and içdi
Pakistanın yeni Baş naziri and içdi
ANA SƏHİFƏ / DÜNYA
01:08 18.08.2018

Pakistanın “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xan ölkənin 22-ci Baş naziri kimi and içərək səlahiyyətlərinin icrasına başlamışdır. Bu barədə Geo TV telekanalı xəbər verir.

Andiçmə mərasimi paytaxt İslamabadda Prezident sarayında keçirilmişdir. Quran ayələri oxunduqdan sonra dövlət başçısı Məmnun Hüseyn Baş nazirin andını qəbul etmişdir. Telekanalın xəbərinə görə, mərasimdə rəsmi şəxslərlə yanaşı, Xanın yaxın adamları, o cümlədən keçmiş kriket oyunçusu Navcot Sinqx Sidxa, həmçinin aktyor Caved Şeyx iştirak etmişlər.

İmran Xan srağagün Pakistanın Baş naziri vəzifəsinə seçilmişdir. Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərdə qalib gəlmiş “Ədalət uğrunda hərəkat” partiyasının lideri 272 parlamentardan 176-nın dəstəyini qazanmışdır.