Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

13:04 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kataloniya rəhbəri müstəqil dövlət uğrunda mübarizəni davam etdirəcək
Kataloniya rəhbəri müstəqil dövlət uğrunda mübarizəni davam etdirəcək
ANA SƏHİFƏ / DÜNYA
01:08 18.08.2018

Kataloniya rəhbəri Xoakim Torra Barselona və Kambrilsdə törədilmiş terror aktlarının ildönümü münasibətilə çıxışında bəyan etmişdir ki, yerli hökumət İspaniyadan ayrılıb müstəqil respublika yaratmaq uğrunda mübarizəni davam etdirməyi planlaşdırır. Bu barədə “El Mundo” qəzeti xəbər verir.

Torra vurğulamışdır ki, Kataloniyanın müstəqilliyi haqqında referendumun keçirilməsinə görə həbs olunmuş siyasətçilər azadlığa buraxılmayanadək katalon hökuməti dayanmayacaq. O əlavə etmişdir ki, “biz bu ədalətsiz ispan hökumətinin üstünə getmək niyyətindəyik”.

Katalon dilini və mədəniyyətini yaymaqla məşğul olan “Omnium Cultural” təşkilatının lideri Marsel Mauri də müstəqillik uğrunda mübarizəni davam etdirməyə çağırmışdır. O, çıxışında ötənilki terror aktlarının qurbanlarına kömək etmiş dövlət qulluqçularına təşəkkürünü bildirmişdir.

Xatırladaq ki, keçən il oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilmişdir. Seçicilərin əksəriyyəti bölgənin İspaniyadan ayrılmasına tərəfdar çıxmışdır. Madrid səsvermənin nəticələrini tanımamışdır.

Buna baxmayaraq, oktyabrın 27-də Kataloniya parlamenti bölgənin müstəqilliyi haqqında qətnamə qəbul etmişdir. Bundan dərhal sonra İspaniya hakimiyyət orqanları konstitusiyanın 155-ci maddəsinə istinad edərək bölgədə birbaşa idarəetmə tətbiq etmişdir. Bu il iyunun əvvəllərində birbaşa idarəetmə ləğv edilmişdir.      

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM