Alternative content

14:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pekin Pentaqonun Çin ordusu haqqında məruzəsini cəfəngiyyat sayır
Pekin Pentaqonun Çin ordusu haqqında məruzəsini cəfəngiyyat sayır
ANA SƏHİFƏ / DÜNYA
01:08 18.08.2018

Çin Müdafiə Nazirliyi Pentaqonun ÇXR ordusunun inkişafı haqqında məruzəsini cəfəngiyyat kimi qiymətləndirmişdir. Xatırladaq ki, srağagün ABŞ Müdafiə Nazirliyi Çin Silahlı Qüvvələri haqqında məruzəsini açıqlamışdır. Məruzədə belə bir ehtimal yer alır ki, Çin ordusuna ABŞ və müttəfiqlərinə zərbə endirmək üçün təlim keçir.

Rəsmi Pekinin fikrincə, Pentaqonun məruzəsi Çinin strateji niyyətlərini təhrif edir, burada “ÇXR tərəfdən hərbi təhlükə” şişirdilir, Pekinlə Taybey arasında münasibətlər barədə cəfəng mülahizələr irəli sürülür. Çin Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Pekin ABŞ-ı “bir Çin” prinsipinə və üç Çin-ABŞ birgə bəyannaməsinə əməl etməyə, Tayvan məsələsinə ehtiyatla yanaşmağa çağırır.