18 Avqust 2018 11:08
100
CƏMİYYƏT
A- A+

DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi və şəxsi hеyəti Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümünü Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur və fəxarət hissləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayır.

Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Prеzidеnt, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyеvin ali diqqət və qayğısı, etibar və etimadı dayanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son bir il ərzində üç dəfə sərhədçilərlə görüşməsi, 2017-ci il avqustun 24-də və 2018-ci il aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi inşası və təmiri mərkəzində inşası başa çatdırılan “Tufan” tipli sərhəd gözətçi gəmiləri ilə tanış olması, mayın 16-da “Naxçıvan” əlahiddə sərhəd diviziyasının “Qaraçuq” sərhəd zastavasında sərhədçilərlə görüşməsi, DSX-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə qərarlar verməsi, döyüş əməliyyatlarında və xidməti-döyüş fəaliyyətlərində fərqləndiklərinə görə sərhədçiləri ali hərbi rütbələrə, orden və medallara, fəxri adlara layiq bilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video