Alternative content

00:21 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Meksikada 50 ton narkotik maddə müsadirə edilib
Meksikada 50 ton narkotik maddə müsadirə edilib
ANA SƏHİFƏ / DÜNYA
10:08 18.08.2018

Meksikada “kristal” adlandırılan 50 ton narkotik maddə müsadirə edilib. Bu barədə “Excelsior” portalı məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, narkotik maddə Meksika Hərbi Dəniz Donanmasının döyüşçüləri tərəfindən Sinaloa ştatının Badiraquato bələdiyyəsində narkolaboratoriyada aşkarlanıb.

Hakimiyyət orqanlarının fikrincə, müsadirə edilmiş narkotik maddə “Sinaloa” kartelinin olub. Bu kartelə uzun müddət “El Çapo” ləqəbli Xuakin Quzman Loera başçılıq edib və Badiraquatoda yaşayıb. Həbs edilmiş Xuakin Quzman Loera ABŞ-a ekstradisiya edilib və məhkəməsini gözləyir.