Alternative content

10:38 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər həssas baş dərisinin yaranma səbəblərini aşkar ediblər
Alimlər həssas baş dərisinin yaranma səbəblərini aşkar ediblər
ANA SƏHİFƏ / Səhiyyə
10:08 18.08.2018

Tədqiqatçılar sübut ediblər ki, həssaslıq heç də ekologiya ilə bağlı deyil. Çin alimləri 62 qadının baş dərisi üzərində təcrübə apararaq, onları həssas və qeyri-həssas qrupa bölüblər. Məlum olub ki, baş dərisinin həssaslığı təkcə ekologiya ilə deyil, həmçinin biofiziki xassələrlə bağlıdır.

AZƏRTAC Rusiyanın tibb saytlarına istinadla xəbər verir ki, həssaslıq və yüksək pH dərəcəsindən şikayət edən qadınlarda baş dərisinin daha çox qıcıqlanması, porfirinlərin mövcudluğu müşahidə olunub. Peysərdə dəri piylərinin böyüməsi, Propionibakterium faizinin artması, həmçinin bakterial müxtəlifliyin azlığı aşkarlanıb. Müşahidələr əsasında alimlər belə qənaətə gəliblər ki, baş dərisinin həssaslığına dəri piylərinin sayının artması, mikrobiom azlığı, eləcə də baryer funksiyasının pozulması halları şərait yaradır. Bu göstəricilərin normallaşdırılmasına xidmət edən ərzaq məhsulları və preparatların köməyi ilə problemi aradan qaldırmaq mümkündür. Belə ki, bu cür xoşagəlməz hisslərin müalicəsi qadınların öz əllərindədir. Baş dərisində qan dövranı yaxşılaşdırılmalı və problemli zonalara xüsusi diqqət ayrılmalıdır. Alimlər təsdiqləyirlər ki, pis ekologiya saçların vəziyyətinə heç cür təsir edə bilməz, yalnız insan özü problemi aradan qaldıra bilər.