Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:10 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın ən müasir gəmilər istehsal etmək imkanı var
Azərbaycanın ən müasir gəmilər istehsal etmək imkanı var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 18.08.2018

 

Bundan Xəzəryanı ölkələr də istifadə edə bilərlər

 

Bu gün Azərbaycanın ən müasir texnoloji standartlara cavab verən gəmilər inşa etməyə də geniş imkanları var. Bu imkanlar 2013-cü ildə Bakı Gəmiqayırma Zavodunun istifadəyə verilməsi ilə yaranıb. Müəssisədə bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər.
Bakı Gəmiqayırma Zavodu ölkənin sənaye infrastrukturunda xüsusi yer tutur. Bu, istehsal gücünə görə nəhəng, təyinatına görə olduqca əhəmiyyətli müəssisədir. Zavodun təməli 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur, bir neçə il davam edən tikinti işlərindən sonra dövlət başçısının iştirakı ilə müəssisənin açılış mərasimi keçirilmişdir.
Zavod 62 hektar ümumi ərazini, 1630 metr uzunluğunda yanalma körpüsünü, beşmərtəbəli inzibati binanı, təlim mərkəzini, müxtəlif ofis və anbarları, istehsal və təmir-ötürmə sahələrini əhatə edir. Burada eləcə də yeməkxana, tibb məntəqəsi, kompressor, elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilmişdir.
Zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker, həmçinin dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür.
Qısa müddətdə zavodda onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə təmir edilib. Müəssisədə “28 May” üzən doku, “SOCAR-1” yedək gəmisi, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonları və yuxarı blokları, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmiləri ilə bağlı işlər müvəffəqiyyətlə yerinə yetirilib. Bundan əlavə, zavodda “Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəmi təmir edilib və modernləşdirilib. Bunlardan “İsrafil Hüseynov” borudüzən barjını, “Tofiq İsmayılov” dalğıc, “Azərbaycan” kran, “Gilavar” tədqiqat, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu qeyd etmək olar. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə imzalanmış müqaviləyə əsasən, hazırda tikilməkdə olan iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi gözlənilir.
Müəssisənin ən böyük nailiyyəti “Xankəndi” gəmisinin istifadəyə verilməsidir. “Xankəndi” bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcı sayılır. Bu gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Keçən ilin sentyabr ayında təqdimat mərasimi keçirilmiş “Xankəndi” sualtı tikinti gəmisi 11 il “Şahdəniz” yatağında işləyəcək. Gəmi 2017-2027-ci illərdə “Şahdəniz-2” layihəsinin yerinə yetirilməsinə səfərbər olunaraq sualtı quraşdırma işlərində istifadə ediləcək. Bu da öz növbəsində Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi” (CQD) layihəsinə mühüm töhfədir. Çünki CQD-nın əsas ehtiyat mənbəyi məhz “Şahdəniz” yatağıdır.
“Xankəndi” Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyaya malik ən müasir gəmisidir. Bu gəmi suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.
Xatırladaq ki, dünyada bu tipdə cəmi 10 gəmi var. Onlardan biri məhz Azərbaycandadır. Bütün bunlara görə də “Xankəndi”nin istifadəyə verilməsi haqlı olaraq tarixi hadisə sayılır.
Gəminin inşası təqribən 400 milyon dollara başa gəlmişdir. Belə bir gəminin tikintisi Azərbaycan dövlətinin iqtisadi gücünü göstərən çoxsaylı amillərdən biridir. Bu həmçinin göstərir ki, Azərbaycanda istənilən böyük tikinti işləri aparıla bilər.
İstər Bakı Gəmiqayırma Zavodunun tikintisinin müvəffəqiyyətlə tamamlanması, istərsə də bu müəssisədə “Xankəndi” kimi nadir bir gəminin araya-ərsəyə gəlməsi Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.

Zavodun tikilməsində əsas məqsədlərdən biri Azərbaycanda məhz istənilən növ gəmilərin inşa edilməsi idi ki, “Xankəndi”nin uğurla istifadəyə verilməsi qarşıya qoyulan vəzifənin yerinə yetirildiyini göstərdi. Beləliklə, Azərbaycanda gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərarın da düzgünlüyü təsdiqləndi.
Təsadüfi deyil ki, bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm “Xankəndi”dən, həm də bu və digər gəmilərin tikildiyi müəssisədən geniş bəhs etmişdir: “Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir. Bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz tranzitinin təmin edilməsi işində əsas rol oynayır. 2013-cü ildə Azərbaycanda ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə verilmişdir... Hesab edirəm ki, Xəzəryanı ölkələr bu zavodun imkanlarından istifadə edə bilərlər”.
Bu müəssisənin inşasında məqsəd Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldırmaq, Xəzər donanmasını müasirləşdirməkdir. Çünki bundan əvvəl ölkəmizin kifayət qədər güclü donanmasına məxsus gəmilər bir çox hallarda xarici ölkələrdə təmir edilirdi. Digər tərəfdən, Azərbaycan tankerləri, yük, bərə gəmilərini və digər təyinatlı gəmiləri xaricdən alırdı. Artıq Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal və təmir edilir. İndi Azərbaycanın bu sahədə də ixrac potensialını gücləndirmək imkanları var.

Flora SADIQLI,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM