18 Avqust 2018 12:08
153
SİYASƏT
A- A+

Koçaryan Paşinyana qarşı cəbhə açır

 

Ermənistanda yeni siyasi qarşıdurma yaranır

 

Ermənistanda  Serj Sarkisyan iqtidarının devrilməsi nəticəsində Nikol Paşinyan baş nazir olsa da, ölkədə iqtisadi, siyasi müstəvidə hansısa  real dəyişiklik müşahidə edilmir. Belə vəziyyətdə  Ermənistanda tənəzzülün davam etməsi qaçılmaz sayılır.

Ölkə mediası da yazır ki, Ermənistan çıxılmaz vəziyyətdədir və hansısa xilas yolu görünmür. Vəziyyətdən çıxış yolu kimi bəzi oliqarxların varidatının qəsb edilməsinə cəhdlərin artması müşahidə olunur. Xüsusən də sabiq prezident Robert Koçaryanın həbsi fonunda bu məsələ özünü daha qabarıq şəkildə büruzə vermişdi.

Məhz onun həbsindən sonra Kreml hadisələrin bu şəkildə inkişafından narazılığını bildirmişdi. Nəticədə isə avqustun 13-də Yerevan Apelyasiya Məhkəməsi R.Koçaryan barəsində onun vəkillərinin həbs qətimkan tədbirini dəyişdirmək haqqında vəsatətini təmin etmiş və Koçaryan azadlığa buraxılmışdı.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın və digərlərinin həbsi əslində Yerevan klanının “Qarabağ klanı” üzərində apardığı haqq-hesabdır. Bu, eyni zamanda baş nazir Nikol Paşinyanı müdafiə edən, küçələrdə onunla birlikdə “məxməri inqilab”ın ideyalarını reallaşdırmağa çalışan insanların tələbidir.

Belə görünür ki, R.Koçaryan N.Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqda israrlıdır. Artıq keçmiş prezident baş nazirə qarşı yeni cəbhə açır. O, yerli “Yerkir media” kanalına müsahibəsində siyasətə qayıtdığını elan edib, Nikol Paşinyanın hökumətini siyasi təqiblərdə günahlandırıb.

Bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür: “Mən izah edə bilərəm siyasətə niyə qayıtmışam. Bunun əsasən iki qlobal səbəbi var. Birincisi dünyada yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Amerika münasibətləri ən aşağı nöqtədədir. Yeni sanksiyalar tətbiq olunur, yeni məhdudlaşdırıcı tədbirlər gözlənilir. O tərəfdən də İran-ABŞ münasibətləri”.

Sabiq prezident Ermənistandakı hadisələrin Qarabağa da təsir etdiyini vurğulayıb: “Aydındır ki, Ermənistandakı hadisələr müəyyən dərəcədə Qarabağa təsir edib. Və bu haqda Bako Saakyan da danışıb. Hesab etmirəm ki, orada proseslər Ermənistandakı ilə eynidir, çünki Qarabağdakı situasiya Ermənistandakı situasiyadan fərqlənir, amma müəyyən oxşarlıq, əlbəttə ki, var. Qiymət vermək istəmirəm, çünki son vaxtlar Qarabağda olmamışam. Ola bilsin, Bako Saakyanla görüşmək və birinci əldən informasiya almaq lazım gələcək”.

Eks-prezident baş nazir Nikol Paşinyanın hakimiyyətə təzə gələndə qarabağlı olmadığı üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatının olmadığı haqda bəyanatına da toxunub: “Hamı görəcək ki, o, danışıqlara gedəcək, artıq belə bəyanat verib. Mən bunu təcrübəsizliklə əlaqələndirirəm, görünür, onlar təsəvvür etməyiblər ki, danışıqlardan imtina nədir və bunun hansı nəticələri olacaq. Ermənistanın birinci şəxsi yaxasını kənara çəkə bilməz ki, “mən əllərimi yuyuram”. Hətta ən pis danışıqlar da müharibədən yaxşıdır və danışıqlar ümumiyyətlə yoxdursa, o zaman müharibə yeganə yoldur. Mən Qarabağ məsələsində Paşinyanla məsləhətləşmələr aparmağa və təcrübəmi bölüşməyə hazıram. Heç vaxt danışıqlardan qaçmamışam. Üzərinə məsuliyyət götürməyi bacarmaq və uğur əldə etməyə çalışmaq lazımdır, dovşan kimi qaçmaq yox”.

Bütün bunlar Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha da genişlənəcəyini, ölkənin təkcə sosial-iqtisadi yox, həm də siyasi müstəvidə böhrana düçar olacağını göstərir. Bu vəziyyətdə isə Ermənistanın bir dövlət olaraq məhvə məhkumluğu labüddür.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video