Alternative content

16:55 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
ANA SƏHİFƏ / SİYASƏT
12:08 18.08.2018

 

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbir barədə Azərbaycan və polyak dillərində “100 il əvvəl Azərbaycanda” sərlövhəli məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Məqalədə ölkəmizin Polşadakı səfirliyi tərəfindən keçirilən tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş çoxsaylı tədbirlərdən biri olduğu qeyd edilib. 

Yazıda, həmçinin polşalı yazıçı Stefan Jeromskinin “Erkən bahar” əsərinə istinad edilərək ölkələrimiz arasındakı bağların təkcə bu ədəbi əsərlə məhdudlaşmadığı, iki ölkə arasındakı əlaqələrə dair səfirlik tərəfindən müxtəlif mövzulu onlarla kitabın nəşr edildiyi bildirilib.

Məqalədə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun çıxışına da geniş yer verilib. Qeyd edilib ki, səfir çıxışında müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu qısa müddətdə  keçdiyi inkişaf yolundan, həmin dövr ərzində əldə edilmiş nailiyyətlərdən ətraflı bəhs edərək deyib: “Qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.

1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini bildirən səfir diqqətə çatdırıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə uğurlu xarici və daxili siyasət yeridən, bütün sahələrdə inkişaf etmiş demokratik dövlət kimi tanınır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının hələ də qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.

Səfir Azərbaycan-Polşa əlaqələrindən danışaraq qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin çoxəsrlik tarixi var. “Bir çox polyak 100 il bundan əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi uğrunda vuruşub, hətta həlak olublar. Azərbaycan xalqı polyakların bu xidmətini heç vaxt unutmayacaq”, - deyə diplomat vurğulayıb.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM