Alternative content

09:42 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətənin keşiyində dayanmaq hər bir gəncin müqəddəs borcudur
Vətənin keşiyində dayanmaq hər bir gəncin müqəddəs borcudur
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 18.08.2018

 

“Vətən müqəddəsdir və onu qorumaq hər bir gəncin şərəf işidir”. Bunu göygöllü gənclər yaxşı başa düşür və həqiqi hərbi xidmətə çağırılarkən böyük məhəbbətlə ordu sıralarına xidmətə gedirlər. Hər dəfə də çağırışçılar yola salınarkən rayonda böyük bayram əhvali-ruhiyyəsi hökm sürür. 

Hərbi hissələrə növbəti yolasalma mərasimi də beləcə çal-çağırla keçdi. Çağırışçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrə ekskursiya olundu.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çağırışçıları təbrik edərək onlara vətənin keşiyində ayıq-sayıq dayanmağı, valideynlərinin, eləcə də yaxınlarının etimadını doğrultmağı arzuladı. Bildirdi ki, müstəqil Azərbaycan Ordusunda xidmət etmək hər bir gəncin müqəddəs borcudur. Bu borcu ləyaqətlə yerinə yetirmək üçün gərək hərbin sirlərini dərindən mənimsəyəsən, komandirlərin tapşırıqlarına səylə əməl edəsən. İndi Azərbaycan Ordusu dünyanın ən qüvvətli silahlı qüvvələrindən biridir və o, ən müasir silahlarla silahlanmışdır. Hərbin sirlərini dərindən mənimsəyən və müasir silahlarla silahlanan ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadirdir. O gün isə çox da uzaqda deyil.

Sonra çağırışçıların valideynləri, əmək və müharibə veteranları çıxış edərək hərbi xidmətə yola düşənlərə xoş arzularını bildirdilər.

Çağırışçı gənclər onlara göstərilən etimadı doğruldacaqlarına, vətəni göz bəbəyi kimi qoruyacaqlarına söz verdilər. Tədbir rayon mədəniyyət mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı. Çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağını öpərək altından keçdilər və xidmət edəcəkləri hərbi hissələrə yola düşdülər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM