Alternative content

05:06 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanı gələcəkdə ciddi xaotik vəziyyət gözləyir
Ermənistanı gələcəkdə ciddi xaotik vəziyyət gözləyir
ANA SƏHİFƏ / DÜNYA
10:08 17.08.2018

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanın NATO-nun təlimlərində hansı səbəbdən iştirak etməsini heç cür əsaslandıra bilməz. Yeni Baş nazir bunu belə izah edir ki, Serj Sarkisyanın hakimiyyəti illərində də Ermənistan bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır. Bütün bunların fonunda rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstan, habelə çox mühüm qonşumuz İran ilə sənədlər imzalayır.

Bunu analitik-icmalçı Ehtiram Aşırlı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun ölkəsinin yeni diplomatik cəhdlərini kəskin tənqid etməsini AZƏRTAC-a şərh edərkən deyib.

E.Aşırlı bildirib: “Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycan qonşu ölkələrlə münasibətləri möhkəmlənir. E.Şarmazanov bugünkü açıqlamasında qeyd edib ki, məxməri inqilab ilə hakimiyyətə gələn N.Paşinyan əldə etdiyi nailiyyətlər barədə danışmaqda çətinlik çəkir. Qəribədir ki, N.Paşinyan bugünkü mitinqdə hansı nailiyyətlərdən danışacaq? Nikol Paşinyan hökumətin deyil, inqilab komitəsinin başçısıdır. Bütün bu proseslər göstərir ki, N.Paşinyan hələ də hökumət tərəfindən qəbul edilməyib və daxildəki gərginlik getdikcə artmaqdadır. Beləliklə, 2019-cu ilin payızında keçirilməsi planlaşdırılan seçkilərdə Nikol Paşinyanın yenidən Baş nazir seçilmə ehtimalı olduqca aşağıdır. Bu gedişatla N.Paşinyan növbəti seçkiləri görə bilməyəcək. Digər tərəfdən, Ermənistanın Xüsusi İstintaq Xidməti isə yaydığı bəyanatda bildirib ki, Apellyasiya Məhkəməsinin Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Koçaryanın azadlığa çıxması Qarabağ klanının Paşinyana asanlıqla boyun əyməyəcəyinə bir işarədir. Görünən odur ki, Ermənistanı gələcəkdə ciddi xaotik vəziyyət gözləyir”.