Alternative content

15:37 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir
Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir
ANA SƏHİFƏ / SİYASƏT
10:08 17.08.2018

Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil. Bu, düşmənin növbəti yalanı və təxribatıdır.

Bunu Azərbaycan Ordusunun bölmələrinin guya əməliyyat keçirməsi barədə Ermənistan mətbuatında alan xəbərlərlə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumat işğalçı ordunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.