Alternative content

00:31 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gömrük Komitəsinin dövlət büdcəsinə daxilolmaları artıb
Gömrük Komitəsinin dövlət büdcəsinə daxilolmaları artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
10:08 17.08.2018

Bu ilin yanvar-iyul ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 941 milyon 158,40 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmaları 513 milyon 325 min manat çoxdur.

Yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 498 milyon 119 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 328 milyon 808,30 min manat, aksizlər üzrə 93 milyon 504,30 min manat, yol vergisi üzrə isə 20 milyon 726,80 min manat təşkil edib.