17 Avqust 2018 06:08
110
DÜNYA
A- A+

ABŞ İranın tərəfdaşlarını sanksiyalarla hədələyir

 

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Dövlət Departamentində keçirdiyi brifinqdə birdirmişdir ki, Vaşinqton İranla ticarət əlaqələrini davam etdirəcək ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Hukun dediyinə görə, ABŞ ümid edir ki, İranın ticarət fəallığı cari ilin noyabrında sıfıra enəcək: “Ümidvarıq ki, tərəfdaşlarımız sanksiya rejiminə riayət edəcəklər. Məncə, ABŞ-ın əks-təqdirdə təkrar sanksiyalar tətbiq etməyə hazır olduğunu xatırlatmağa ehtiyac yoxdur”.

Bir müddət əvvəl Huk bildirirdi ki, ABŞ Prezidenti Donald Tramp İranın öz “davranış”ını dəyişdirəcəyi halda Tehranla dialoqa hazırdır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video