17 Avqust 2018 06:08
102
DÜNYA
A- A+

BMT: müharibələrdə ölənlərin dörddə üçü dinc sakinlərdir

 

2017-ci ildə müharibə və münaqişələr nəticəsində təxminən 43 min nəfər həlak olmuşdur. Onların hər dörd nəfərdən üçü mülki şəxslər idi. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin 19 avqust Dünya Humanitar Yardım Günü ərəfəsində hazırladığı məruzədə məlumat verilir.

Məruzədə qeyd olunur ki, milyonlarla dinc sakinlər və humanitar təşkilatların əməkdaşları müharibələrin, münaqişələrin, siyasi qarşıdurmaların və təbii fəlakətlərin qurbanı olurlar. Özü də dinc sakinlərə hücumların sayı ildən-ilə artır. Belə ki, 2017-ci ildə təqribən 43 min nəfər partlayışların qurbanı olmuşdur. Onların 31904-ü dinc sakinlər idi. Bundan başqa, göstərilən dövrdə humanitar təşkilatların 139 əməkdaşı həlak olmuş, 102-si yaralanmış, 72-si oğurlanmışdır.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini, fövqəladə yardımın əlaqələndiricisi Mark Loukok münaqişə zonalarında dinc vətəndaşların və humanitar təşkilatların  əməkdaşlarının ölümünə və yaralanmasına son qoymağa çağırmışdır. O xatırlatmışdır ki, hakimiyyət orqanları və silahlı qruplaşmalar beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxsləri, mülki infrastrukturu və humanitar təşkilatların əməkdaşlarını müdafiə etməyə borcludur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video